Ana səhifə
26 Sentyabr 2018

Yapon kimyaçılar Azərbaycana gələcək

"Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin əməkdaşları Yaponiyanın ROTOBO Assosiasiyasının təşkilatçılığı ilə Tokio və Osaka şəhərlərində səfərdə olublar. “Ucnoqta.az” xəbər verir ki, İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, səfər zamanı "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin əməkdaşları Yaponiyanın Ticarət və Sənaye Nazirliyinin nümayəndələri, eləcə də aparıcı kimya şirkətləri ilə görüşlər keçirib, Sumqayıt Kimya Sənaye Parkı haqqında məlumat verib, sənaye parkına dair 3D formatlı videoçarx nümayiş etdirilib.
Səfər çərçivəsində "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin əməkdaşları Yaponiyanın kimya sənayesi yönümlü "The Daily Chemical" jurnalına müsahibə veriblər.
Səfər zamanı bu ilin sonunadək Yaponiyanın kimya və neft-kimya yönümlü təşkilatlarının əməkdaşlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfərinə dair razılığa gəlinib. Yaponiya nümayəndə heyətinin ölkəmizə səfəri zamanı Sumqayıt Kimya Sənaye Parkı ilə əməkdaşlıq və qarşılıqlı təcrübə mübadiləsinin aparılması, eyni zamanda, sənaye parkının təşkili istiqamətində görülən işlərlə tanışlıq planlaşdırılır.
Qeyd edək ki, bu cür görüşlər Sumqayıt Kimya Sənaye Parkının tanıdılması, sənaye parkına investorların cəlb olunması və təcrübə mübadiləsi baxımdan əhəmiyyətlidir.

Tarix
14 Oktyabr 2014 [10:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin