Kürdəmirdə “Mercedes” traktora çırpılıb- ölən və xəsarət alanlar var

13:05 - 12 Avqust 2020 - HADİSƏ

Avqustun 11-də saat 17 radələrində Kürdəmir rayonunun Sovla kəndi ərazisində Zərdab rayon sakini E.Əzizov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarında dayanmış kənd sakini Oruc Qurbanova məxsus “T-28” markalı traktora vurub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, nəticədə E.Əzizovun sərnişini, həmyerlisi Tubu Ömərova hadisə yerində ölüb, özü və 2 sərnişini isə xəstəxanaya yerləşdirilmib.

Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır.

Xəbər xətti