Gürcüstandan 280 nəfərə yaxın azərbaycanlı təxliyə olunur

09:39 - 12 Avqust 2020 - Cəmiyyət

Daha 279 nəfər azərbaycanlının Gürcüstandan Azərbaycana təxliyəsi həyata keçirilir.

Onların 74-ü Azərbaycan, 202-si Gürcüstan, 2-si Rusiya, 1-i isə Ukrayna vətəndaşıdır.
Həmin şəxslər ötən gün koronavirusla bağlı test olunublar və heç birində virus aşkarlanmayıb.
Təxliyə olunan şəxslər səfirlikdən COVID-19 arayışı alandan sonra saat 10:00-da 5 avtobusla Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılacaqlar.

Qeyd edək ki, pandemiya dövründə Gürcüstan vasitəsilə 1 500 nəfərə yaxın azərbaycanlı Azərbaycana çatdırılıb.///report

Xəbər xətti