Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilir

08:32 - 12 Avqust 2020 - İDMAN

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start veriləcək. 

İlk oyun günündə bir qarşılaşma keçiriləcək. Yeganə matçdan ibarət olacaq 1/4 finalın ilk duelində İtaliya "Atalanta"sı Fransa çempionu PSJ ilə üz-üzə gələcək.

Qarşılaşma Portuqaliyanın Lissabon şəhərindəki "Estadio da Luş" stadionunda gerçəkləşəcək. Görüşün baş hakimi ingiltərəli  Entoni Teylor olacaq. Qalib komanda yarımfinalda Leyptsiq" (Almaniya) - "Atletiko" (İspaniya) duelinin güclüsü ilə qarşılaşacaq.

Çempionlar Liqası, 1/4 final

23:00. "Atalanta" (İtaliya) – PSJ (Fransa)
Baş hakim: Entoni Teylor (İngiltərə)
Portuqaiya, Lissabon.  "Estadio da Luş" stadionu
///report

Xəbər xətti