Ana səhifə Mobil versiya
22 Sentyabr 2020

Azərbaycan-Gürcüstan sərhədində 14 nəfər saxlanıldı

Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin toxunulmazlığının tə­min edilməsi tədbirləri davam etdirir.

DSX-nin Mətbuat Mərkəzindən Ucnoqta.az-a verilən məlumata görə, avqustun 10-u saat 03:05 radələrində “Şəmkir” sərhəd dəstəsinin Ağs­tafa rayonunun Sadıqlı kən­dinin yaxınlığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazi­sində Azərbaycandan Gürcüstan istiqa­mə­tində naməlum şəxs­lərin hərəkəti sər­həd naryadı tərəfin­dən aşkar edilib.

Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti əra­­zi qapadılıb və sərhəd naryadı tərəfindən “Dayan” əmri verilib. Nəti­cədə xidməti ərazidə hərəkətdə olan 14 nəfər şübhəli şəxs sərhəd pozucusu qismində saxlanılıb.

Saxlanılan şəxslərin Ağstafa rayon sakinləri olma­ları müəyyən edil­­­miş, onlardan 7-sinin azyaşlı olması nəzərə alınmaqla Ağs­ta­fa rayonu icra hakimiy­yətinin başçısı yanında yetkinlik yaşına çat­ma­yanların işləri və hüquqlarının mü­da­fiəsi üzrə komissiyaya təhvil veriliblər.

Qeyd olunan fakt üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdi­ri­lir.

Tarix
11 Avqust 2020 [12:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-08-11 12:31:09
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin