Dənizdə bir nəfər batıb

21:49 - 10 Avqust 2020 - HADİSƏ

Bakı şəhərinin Xəzər rayonu, Buzovna qəsəbəsində dənizdə (qeyri-çimərlik ərazidə) 1 nəfər batıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. Məlumat əsasında nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 1996-cı il təvəllüdlü İbrahimov Kənan Firuz oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Xəbər xətti