Ana səhifə
22 Yanvar 2018

İcra hakimiyyətinin rayondan xəbəri yoxdur - Foto

“Bizim o yaralı atdan xəbərimiz yoxdur. Görməmişik atı. Bunun üçün bizə müraciət edən də olmayıb”.

 

Ucnoqta.az” xəbər verir ki, bu barədə axar.az -a Qobustan Rayon İcra Hakimiyyəti başçının köməkçisi Anar Əliyev iki gündür Qobustan rayonu ərazisində, Ceyrankeçməz körpüsünün yanında yaralı vəziyyətdə qalan at barədə yayılan xəbərə münasibət bildirərkən dedi. A.Əliyev qeyd etdi ki, bu məsələ ilə icra hakimiyyətinin aidiyyəti qurumu mışğul olur:

 

“Bu işlə məşğul olan xanım hələ işə gəlməyib (Biz saat 09:30-da əlaqə saxlamışdıq – red.) Bir az sonra əlaqə saxlayıb dəqiqləşdirərsiniz”.

 

Qeyd edək ki, Bakı-Şamaxı şossesinin 80-ci kilometrliyində, Qobustan ərazisində, Ceyrankeçməz körpüsünün yanında yol kənarında olan atı maşın vuraraq qaçıb. Atın ön ayaqları sınıb və iki gündür ki, sözügedən ərazidə yaralı vəziyyətdə qalıb. Atın ayaqları sındığından yerindən tərpənə bilmir. Sakinlər bunun üçün bir neçə yerə müraciət etsələr də, bir tədbir görən yoxdur. 

 

Tarix
3 Oktyabr 2014 [11:48]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ