Ana səhifə Mobil versiya
19 Sentyabr 2020

Çempionlar Liqası: Levandovski Ronaldu və Messini qabaqladı

UEFA Çempionlar Liqasında həftənin oyunçusu açıqlanıb. 


Bu ada Almaniya "Bavariya"sının hücumçusu Robert Levandovski layiq görülüb. O, azarkeşlərin səsverməsinə əsasən, İngiltərənin "Mançester Siti" klubunun müdafiəçisi Kayl Uolker, İtaliya "Yuventus"unun hücumçusu Kriştianu Ronaldu və İspaniya "Barselona"sının forvardı Lionel Messidən üstün olub. 

32 yaşlı polşalı hücumçu İngiltərədə "Çelsi"ni 4:1 hesabı ilə məğlub etdikləri 1/8 final mərhələsinin cavab matçında 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. 

Qeyd edək ki, 1/4 finalda "Atalanta" (İtaliya) - PSJ (Fransa), "Leyptsiq" (Almaniya) - "Atletiko" (İspaniya), "Barselona" (İspaniya) - "Bavariya" (Almaniya) və "Mançester Siti" (İngiltərə) - "Lion" (Fransa) görüşləri keçiriləcək. Oyunlar "8-lər finalı" formatında Portuqaliyada təşkil olunacaq.

Tarix
10 Avqust 2020 [16:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-08-10 16:06:21
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin