Livan ermənilərinin bütün livanlılar adından danışmaq hüququ yoxdur- Tarixçi

14:54 - 10 Avqust 2020 - Xəbər

Livan ermənilərinin bütün livanlılar adından danışmaq hüququ yoxdur, hər kəs öz yerini bilməlidir.

Bunu Trend-ə livanlı tarixçi Əli Bekraki deyib.

O bildirib ki, ermənilərin Livanı təmsil etməsi barədə bəyanatlar absurddur.
Ə.Bekrakinin sözlərinə görə, Livanın əhalisi beş milyon nəfərə çatır ki, bunun çox kiçik hissəsi, 150 min nəfərini etnik ermənilər təşkil edir:
“Livan erməniləri həmçinin Türkiyəyə və ümumilikdə Livanın türkdilli ölkələrlə münasibətinə qarşı çıxış etmək hüququna malik deyil”.

Tarixçi bildirib ki, hazırda Livan çətin günlərini yaşayır və qardaş ölkələrin dəstəyinə ehtiyac duyur, Azərbaycan və Türkiyə bu cür ölkələrdir:
“Dost dar gündə bilinər və Azərbaycan Livana maliyyə yardımı göstərməklə Livan xalqına dost olduğunu nümayiş etdirdi”.

O əlavə edib ki, Azərbaycan, eləcə də Türkiyənin göstərdiyi maddi yardım livanlılar üçün çox vacibdir:
“Bəzi Livan KİV-lərində anti-Türkiyə və anti-Azərbaycan təbliğatına baxmayaraq, Livan xalqı hər zaman bu ölkələrə böyük hörmətlə yanaşıb”.

Xəbər xətti