Karantin qaydalarını pozan kafe sahibi və müştərilər cərimələndi

12:37 - 10 Avqust 2020 - Xəbər

Saatlıda karantin qaydalarının tələblərinin pozulduğu kafe aşkar edilib.

DİN-dən verilən məlumata görə, Saatlı rayonunda fəaliyyət göstərən “Körpü” kafesində xüsusi karantin rejiminin qaydalarına əməl edilmədiyi, sosial məsafənin və mövcud preventiv tədbirlərin şərtlərinin pozulması halları aşkarlanıb.

Karantin qaydalarını kobud şəkildə pozan həmin obyektin sahibi və müştəriləri olan 5 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar. Həmin şəxslərlərlə profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib.

Xəbər xətti