Belarusda seçkisonrası etirazlar - 80-dən çox şəxs saxlanıldı

10:20 - 10 Avqust 2020 - DÜNYA

Belarusda avqustun 9-da keçirilən prezident seçkilərində səsvermə başa çatdıqdan sonra Minskdə və digər şəhərlərdə kütləvi etirazlar başlayıb.

Davam edən etirazlarda 80-dən çox şəxs saxlanılıb. Güc strukturlarının nümayəndələri etiraz aksiyasını dağıtmaq məqsədilə gözyaşardıcı qazdan, həmçinin səs qumbaralarından istifadə ediblər.

“Xahiş edirəm, təxribatlara və ictimai asayişin pozulması yönündə çağırışlara yol verməyin. Hüquq-mühafizə orqanları konstitusiya quruluşunu qorumaq üçün bütün mümkün tədbirləri görəcək”,- deyə Belarus İstintaq Komitəsinin rəhbəri İvan Noskeviç bildirib.

Bu gün səhər isə iğtişaşlar faktı ilə cinayət işləri açılıb. Onların iştirakçıları və təşkilatçıları 8 ildən 15 ilə qədər həbs cəzası ilə üzləşə bilərlər.

Qeyd edək ki, dünən Belarusda keçirilən prezident seçkilərində hazırki Prezident Aleksandr Lukaşenko 81 faiz səs toplayaraq qalib olub. Müxalif namizəd Svetlana Tixanovskaya isə yalnız 8 faiz səs toplaya bilib.///qafqazinfo

Xəbər xətti