Yevlaxda Kür çayında batan şəxsin meyiti çıxarılıb -(Yenilənib)

10:03 - 10 Avqust 2020 - HADİSƏ

Yevlaxda Kür çayında batan şəxsin meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılıb.

APA-nın xəbərinə görə, 1986-cı il təvəllüdlü Cəfərov Cəfər Sahib oğlunun meyiti aidiyyəti üzrə təhvil verilib.

***

saat 08:30

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub.
FHN-dən  verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.///Apa

Xəbər xətti