Oğuzda 3 tondan artıq narkotik vasitə məhv edilib - Foto

09:52 - 10 Avqust 2020 - HADİSƏ

Oğuz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən “Xaş–xaş 2020” əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Bayan kəndi ərazisindəki əkin sahəsində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, ümumi çəkisi 3 180 kiloqram olan 2 650 ədəd çətənə kolu polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı Oğuz RPŞ-də araşdırma aparılır.///Apa

 


Xəbər xətti