Ana səhifə Mobil versiya
21 Sentyabr 2020

Aysel boşanmasından DANIŞDI: "Bu mənim şəxsi həyatımdır"

Bloqqer Aysel Şükürova həyat yoldaşı Oqtay Əhmədovla boşanma xəbərlərinə münasibət bildirib.

Aysel ünvanına deyilən tənqidlərə önəm vermədiyini qeyd edib. O bildirib ki, bundan sonra həyatını 3 oğluna həsr edəcək:
"İlk və son açıqlamanı edirəm, onu da mənə görə doğrudan narahat olanlar üçün... Əsəblərim yerində deyil. Xahiş edirəm, heç kim mənə heç nə atmasın. Onsuz da hər şeydən bezmişəm. Başımı qatıram, işlərimlə məşğul oluram, 3 oğlum var, onlar üçün yaşayıram. Nə qədər ömrüm varsa, onlara ayıracam. Daha mübahisələrə girməyəcəm. Kim nə istəyir yazsın, onsuz geri çevirirəm, özümdə deyiləm, müalicə alıram.

Yaxınlarımdan xahiş edirəm, mənə heç nə yazmasınlar, vecimə deyil. 27 yaşım var, həyatda hər şeyi özüm edirəm, edəcəm də. Çalışdığım qədər tutunmağa çalışıram həyata. O da 3 uşağa görə. Bu mənim şəxsi həyatımdır, kiməsə açıqlama verməyə borcum yoxdur. Necə istəyirəm yaşayıram, başqası mənim nə vecimə".

Qeyd edək ki, Aysel və Oqtay 400 minlik toy xəbəri ilə məşhurlaşmışdı. Onlar rəsmi boşanma üçün məhkəməyə müraciət ediblər. Aysel 1,1 milyonluq İnstaqram səhifəsindən əri ilə olan bütün fotolarını silib. Ayselin birinci nikahdan bir, Oqtayla evliliyindən isə əkiz oğulları var.///axsam.az

Tarix
9 Avqust 2020 [17:13]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-08-09 17:13:57
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin