Sumqayıtda motosiklet minik avtomobilinə çırpılıb, xəsarət alan var - Foto

20:54 - 8 Avqust 2020 - HADİSƏ

Sumqayıtda motosiklet minik avtomobilinə çırpılıb.

Qəza şəhərin Sülh prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan motosiklet yol kənarında dayanmış BMW markalı minik avtomobilinə çırpılıb.

Qəza nəticəsində motosikletin sürücüsü xəsarət alıb və ona yerində təcili tibbi yardım xidmətinin əməkdaşları tərəfindən yardım göstərilib.
Əraziyə yol polisinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.///Apa


Xəbər xətti