Ana səhifə Mobil versiya
19 Sentyabr 2020

13 rayonda 26 modul tipli məktəb quraşdırılacaq

Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 2016-2019-cu illərdə ölkəmizin 45 bölgəsində ümumilikdə 293 modul tipli məktəb quraşdırılıb. 2020-ci ilin sonuna kimi daha 60 modul tipli məktəb istifadəyə veriləcək.

Bu barədə Ucnoqta.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, dövlət başçısının 8 avqust 2020-ci il tarixli "Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında" sərəncamına əsasən, 13 rayonda daha 26 modul tipli məktəbin quraşdırılması nəzərdə tutulub. Sərəncama əsasən Təhsil Nazirliyinə bunun üçün 7 milyon manat vəsait ayrılıb.

Modul tipli məktəblərin quraşdırılması ilə bölgələrdə, xüsusilə ucqar kəndlərdə qəzalı və istismar müddəti başa çatmış məktəb problemi tamamilə həll olunacaq.

Tarix
8 Avqust 2020 [18:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-08-08 18:10:59
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin