Kafe və restoranlar nə vaxt açılacaq?- AÇIQLAMA

11:30 - 8 Avqust 2020 - Xəbər

“Azərbaycanda növbəti həftələrdə kafe və restoranların açıq hissələrinin açılması, rayonlara gediş-gəlişin bərpa edilməsi müzakirə olunur”.

Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov avqustun 17-dən açıq havada kafe və restoranların açılmasının nəzərdə tutulduğunu deyib.

“Bunlar sanitar-epidemioloji qaydalara əməl etməkdən asılıdır”, - deyə o, qeyd edib.

Xəbər xətti