Biləsuvarda mikroavtobus yandı

10:43 - 8 Avqust 2020 - HADİSƏ

Biləsuvar rayonunda “Mercedes” markalı mikroavtobusun mühərriki və salon hissəsi qismən yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti