Şəmkirdə su anbarında 2 nəfər qayıqda köməksiz vəziyyətdə qalıb

11:02 - 7 Avqust 2020 - HADİSƏ

Şəmkirçay su anbarında 2 nəfər qayıqda köməksiz vəziyyətdə qalıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə Şəmkir rayonu ərazisində Şəmkirçay su anbarında 2 nəfərin qayıqda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri qeyd olunan əraziyə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Xəbər xətti