QHT yol-hərəkəti qaydaları ilə bağlı maarifləndirməyə start verib

15:05 - 4 İyul 2020 - Xəbər

“Jurnalistika və İnkişaf Mərkəzi” Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Peşəkar sürücü, diqqətli piyada: yol hərəkəti qaydalarının təbliği” layihəsinə start verib.

Layihə koronavirus probleminin yaratdığı gözlənilməz vəziyyət dövründə vətəndaşların yol hərəkəti iştirakçılarının yol-hərəkəti qaydaları ilə bağlı maarifləndirməsinə hesablanıb. Layihənin məqsədi koronavirus pandemiyasının davam etdiyi müddətdə ictimai nəqliyyatın hərəkətində baş verən dəyişikliklərlə bağlı əhalinin bilgiləndirmək, yol hərəkəti ilə qaydalarının təbliği, yol qəzalarının səbəbləri, qarşısının alınması üçün görülməsi vacib olan tədbirlər, parklanma ilə bağlı problemlər, sürücü məsuliyyəti haqqında maarifləndirmə işləri aparmaq və yol hərəkəti qaydalarına əməl edən nümunəvi sürücüləri cəmiyyətə tanıtmaqla onların müsbət təcrübələri təbliğ etməkdir.

Eyni zamanda Azərbaycanda koronavirus pandemiyasının davam etdiyi müddətdə əhalinin bilgiləndirilməsi, yol qəzalarının, o cümlədən piyada vurma hadisələrinin əsas səbəblərinin araşdırılması və onların qarşısının alınması üçün təkliflərin hazırlanması, dayanma-durma qaydasının pozulmasının yaradacağı məsuliyyətin sürücülərə çatdırılması və s. məsələri də həyata keçirəcək. Layihə çərçivəsində sürücülər küçə və yollarda müşahidələr, aparlan sorğular vasitəsi ilə yol nişanları, yol ötürücüləri, keçidlər, işıqforlarla bağlı çatışmazlıqlar müəyyənləşdirilərək əlaqədar təşkilatlara təkliflər veriləcək, yol hərəkəti qaydalarına əməl edən nümunəvi sürücülər cəmiyyətə tanıdılaraq müsbət təcrübənin təbliği aparılacaq.

Xəbər xətti