Ana səhifə Mobil versiya
23 Sentyabr 2020

Polad Həşimovun adı Həzi Aslanov küçəsinə verilməyib- AÇIQLAMA

Şəhid general-mayor Polad Həşimovun Qəbələdə ikinci ən böyük küçəyə adının verilməsi bir sıra KİV-lərdə yanlış şəkildə işıqlandırılıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat katibi Ceyhun Əsgərov deyib.
O, Polad Həşimovun adının verildiyi küçənin əvvəlki adının Həzi Aslanov olmadığını bildirib:

"Bir sıra KİV-lər məlumat yayıb ki, küçənin əvvəlki adı Həzi Aslanov olub. Bu səhv məlumatdır. Şəhid general-mayor Polad Həşimovun adı İsmayıl Bəy Qutqaşınlı küçəsinin bir hissəsinə verilib".

Xatırladaq ki, iyulun 30-da Qəbələ rayonuna səfəri çərçivəsində Prezident İlham Əliyev Qəbələnin Vəndam kəndində doğulmuş şəhid general Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi üçün rayonun küçələrinin birinə onun adının verilməsi və digər müvafiq tədbirlər görülməsi barədə İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevə tapşırıq vermişdi.

Tarix
6 Avqust 2020 [09:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-08-06 09:45:27
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin