Bakıda karantin rejimini pozan məşhur masaj salonu bağlandı

18:56 - 5 Avqust 2020 - Xəbər

Paytaxtın Xətai rayonunda xüsusi karantin rejimi qayda və tələblərinin pozulması ilə müşayiət olunan “Magic Tours - Massage Center” adlı masaj salonu aşkar olunaraq fəaliyyəti dayandırılıb.

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, Xətai RPİ əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon ərazisində sahibkarlıq subyektinin icarədarı, işçiləri və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.

Ümumilikdə 10 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyektin icarədarı S.Sultanlı 6000 manat, digərləri 100 manat cərimə olunublar.

Xəbər xətti