Koronavirus analizinin nəticəsi ilə bağlı daha bir NARAZILIQ

15:19 - 5 Avqust 2020 - Xəbər

“COVİD-19” virusundan test verən şəxsə cavabın bir gün öncəki tarixlə göndərilməsi ilə bağlı məlumata rəsmi münasibət bildirilib. Belə ki, sosial şəbəkələrdə Elşən Hüseynsoy adlı şəxs avqustun 4-də test versə də, cavabın 3 avqust tarixi ilə göndərildiyini bildirib. 

TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva “Qafqazinfo”ya açıqlamasında bildirib ki, həmin şəxs analizi özəl klinikada verib: “Burada TƏBİB-lik bir iş yoxdur. Özəl laboratoriya cavabları necə göndərirsə, TƏBİB də e-tətbiqə o formada yükləyir. Əgər cavab köhnə tarixlə göndərilibsə, bunun səbəbini vətəndaşın analiz verdiyi özəl klinika açıqlaya bilər. Bunun üçün vətəndaş analiz verdiyi klinikaya müraciət edə bilər”.

Xəbər xətti