Azərbaycan XİN Livana başsağlığı verdi

10:34 - 5 Avqust 2020 - Xəbər

“Beyrut limanında baş verən qorxunc partlayış barədə xəbərlərdən dərin hüzn keçiririk”.

Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Livana verdiyi başsağlığında əksini tapıb.
“Ölənlərin ailələrinə və Livan xalqına başsağlığı veririk. Xəsarət alanların tez sağalmalarını diləyirik", - başsağlığı mətnində bildirilib.

Qeyd edək ki, ötən gün Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış nəticəsində 100-dən çox insan ölüb, minlərlə insan yaralanıb.///report

Xəbər xətti