Beyrutda güclü partlayış -ölənlər və xeyli sayda yaralı var- VİDEO

22:53 - 4 Avqust 2020 - DÜNYA

Livanın Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında, Beyrut limanı ərazisində güclü partlayış olub.

Partlayışın dalğası Livan paytaxtında yaşayış sahələrində də hiss edilib. Bəzi evlərə və ofislərə ziyan dəyib. Onlarla insanın xəsarət aldığı deyilir.
"Reuters" agentliyinin yazdığına görə isə partlayış nəticəsində azı 10 nəfər ölüb.

Partlayışın səbəbləri hələ ki, məlum deyil.
Yerli telekanalların bildirdiyinə görə, dəniz limanı ərazisinə raket zərbəsinin endirilməsi istisna deyil. Bəzi mənbələr isə partlayışın pirotexnika anbarında baş verdiyini yazıb.///trend

Xəbər xətti