Bakıda daha 5 ekspres avtobus xətti təşkil edilir

19:17 - 4 Avqust 2020 - Xəbər

Bakıda xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar artan sərnişin tələbatının qarşılanması məqsədi ilə 5 əlavə ekspres xətt təşkil edilir.

Ucnoqta.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, bu ekspres xətlər üzrə də avtobusların iş qrafiki saat 06:30-dan 21:00-a qədər olmaqla müəyyən edilib.

Ekspres xətlər qarşıdakı günlərdə mərhələ ilə fəaliyyətə başlayacaq. Təşkil olunacaq ekspres xətləri və istiqamətləri:

1. M 1 A / Q.Qarayev pros (Laçın t/m-nin qarşısı) – Gənclik m/st.

2. M2 A / Neftçilər m/st – Elmlər Akademiyası m/st

3. M 8 / Maştağa qəsəbəsi – Gənclik m/st

4. M 9 / Sea Breeze istirahət mərkəzi – N.Nərimanov m/st

5. M 10 / Mərdəkan qəsəbəsi (stansiya) –N.Nərimanov m/st.

Xəbər xətti