Həkim piylənmə yaradan içkilərin adlarını açıqladı

14:46 - 4 Avqust 2020 - Xəbər

Rusiyalı həkim-endokrinoloq Yekaterina İvannikova artıq çəki yaranmasına səbəb olan içkilərin adlarını açıqlayıb.


Ucnoqta.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, o, bu barədə “Komsomolskaya Pravda”ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, qazlı içkilər, kvas və qazlı suların tərkibində çox miqdarda qlükoza olur və və onlar yüksək qlisemik indeksə malikdir.

“Bu içkilərin müntəzəm qəbulu mədəaltı vəzi üzərində böyük yüklənmə yaradır və piylənməyə səbəb olur. Bundan əlavə, bir çox insan çay və ya qəhvəni çox miqdarda şəkər əlavə edərək içir, bu da orqanizmin ümumi vəziyyətinə mənfi təsir göstərir”, - həkim bildirib.

İçki menyusunu genişləndirmək istəyənlərə məsləhət verən həkim suya təzə xiyar, nanə və ya limon əlavə etməyi və hər kiloqramına 30 mililitr nisbətində belə içki qəbul etməyi tövsiyə edib.

Xəbər xətti