Fəttah Heydərov I Fəxri xiyabanda dəfn olunub - Yenilənib

12:46 - 4 Avqust 2020 - Xəbər

Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərov I Fəxri xiyabanda dəfn edilib.

Mərasimdə dövlət rəsmiləri, Milli Məclisin deputatları, mərhumun ailə üzvləri iştirak ediblər.

12:15

Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat, parlamentin Hesablayıcı komissiyasının sədri Fəttah Heydərovun cənazəsi dəfn edilmək üçün I Fəxri xiyabana gətirilib.

Dəfn mərasimində mərhumun yaxınları iştirak edir.
Qeyd edək ki, F.Heydərov avqustun 3-də 82 yaşında vəfat edib. ///report

Xəbər xətti