Rayonlara getmək istəyənlərin DİQQƏTİNƏ

18:14 - 3 Avqust 2020 - Xəbər

İcazə sistmindən əvvəlcədən şirkət tərəfindən icazə alınırdı, məlumatlar doldurulurdu və ezamiyyət vərəqəsi olanlara müvafiq rayona getmək üçün icazə verilirdi.

Bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, indi sadəcə olaraq, vətəndaş göstərəcək ki, ezamiyyə vərəqəsi var və rayona gedə bilər: "Bu bugünə qədər də belə idi, sadəcə avtomat rejimdə idi, bundan sonra isə rayonlara getmək üçün icazəsi olan şəxslər həmin icazə sənədlərini yerində təqdim etməldirilər".///trend

Xəbər xətti