Ana səhifə Mobil versiya
24 Sentyabr 2020

Metro və “Mall”ların açılması koronavirusun artmasına səbəb ola bilər - Hikmət Hacıyev

Bakı Metropoliteninin fəaliyyətə başlaması koronavirusun geniş yayılmasına səbəb ola bilər.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

H.Hacıyev bildirib ki, metronun açılması məsələsi ekspertlər tərəfindən müzakirə olunur: “Ekspertlərin rəyinə görə, metronun havalandırma sistemi ümumi olduğu üçün virus daha sürətlə yayıla bilər. Bu səbəbdən metropolitenin açılması hələ ki, məqsədəuyğun hesab edilmir”.

Dövlət rəsmisi qeyd edib ki, Bakı Nəqliyyat Agentliyi qarşısında tapşırıq qoyulub ki, günün pik saatlarında avtobusların sayı artırılsın.

H.Hacıyev əlavə edib ki, "Mall"ların və ticarət mərkəzlərinin də açılması virusun yayılmasına səbəb ola bilər: ""Mall"larda və iri ticarət mərkəzlərində qapalı məkanda çoxlu sayda insanlar toplaşdığı üçün virusun yayılma sürəti arta bilər".

Tarix
3 Avqust 2020 [18:09]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-08-03 18:09:14
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin