Bakıdan rayonlara gediş-gəlişlə bağlı QƏRAR VERİLDİ

17:27 - 3 Avqust 2020 - Xəbər

31 avqustadək ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın dayandırılması (xüsusi və çarter reysləri istisna olmaqla) davam edəcək. 

Bu barədə Operativ Qərargahın bu gün açıqladığı qərarda qeyd olunub:
"Xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) 2020-ci il 31 avqust saat 00:00-dək qüvvədə qalacaq".

Xəbər xətti