İki rayonda karantin ləğv edildi

16:43 - 3 Avqust 2020 - Xəbər

Avqustun 5-dən Salyan rayonunda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunacaq.

Operativ Qəraghahdan verilən məlumata görə, 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında davam edəcək.

Qeyd edək ki, avqustun 5-dən etibarən Şəki və Siyəzən rayonlarında sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunmayacaq.

Xəbər xətti