Ana səhifə Mobil versiya
24 Sentyabr 2020

Müəllimlərin işə qəbulu müsabiqəsində 46 mindən çox namizəd iştirak edəcək

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edən namizədlərin elektron ərizələrinin yoxlanılması başa çatıb.

Təhsil Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, müsabiqənin növbəti mərhələsində 46 mindən çox namizəd iştirak etmək hüququ qazanıb. Test imtahanının mərhələsi barədə məlumat yaxın günlərdə namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Qeyd edək ki, müsabiqəyə elektron sənəd qəbulu 16-25 iyul tarixlərində həyata keçirilib. Müsabiqədə iştirak etmək üçün 53 880 namizəd elektron qeydiyyatdan keçib, onlardan 51 227 namizəd elektron ərizəsini təsdiq edib.

Tarix
3 Avqust 2020 [11:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-08-03 11:27:52
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin