Azərbaycan-Türkiyə birgə genişmiqyaslı taktiki təlimləri davam edir -Video

Hərbi əməkdaşlıq haqqında sazişə əsasən ölkəmizdə keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin növbəti mərhələsi keçirilib.

Ucnoqta.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, plana əsasən tapşırıqların yerinə yetirilməsinin operativliyi və koordinasiya edilməsi, qarşılıqlı fəaliyyətin və uzlaşmanın təşkili, döyüş əməliyyatları zamanı təminatın həyata keçirilməsi, eləcə də şəxsi heyətin, silah və döyüş texnikasının səmərəli fəaliyyəti yoxlanılıb.

Təlimin ssenarisinə uyğun olaraq təyin edilmiş məntəqələrə çıxarılan motoatıcı və zirehli texnika bölmələri tapşırıqları icra ediblər.
Təlimlər davam edir.

Tarix
2 Avqust 2020 [14:32]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-08-02 14:32:45
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin