Gəncədə “Hyundai” mağazaya çırpılıb

10:58 - 2 Avqust 2020 - HADİSƏ

Gəncədə yol nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan “Hyundai” markalı minik maşını idarə etməni itirib. Nəticədə avtomobil mağazaya çırpılıb.

Sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.///Apa

Xəbər xətti