ÜST: Fövqəladə vəziyyət rejimi daha 3 ay uzadıldı

00:00 - 2 Avqust 2020 - DÜNYA

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus pandemiyası ilə əlaqədar beynəlxalq fövqəladə vəziyyət rejimini növbəti 3 ay müddətinə uzadıb. "Report" xəbər verir ki, bu barədə ÜST-ün Fövqəladə Vəziyyət üzrə komitəsinin Cenevrədə keçirilmiş müşavirəsinin yekununda bildirilir. Vurğulanır ki, komitə "beynəlxalq narahatlığa səbəb olan pandemiyanın hələ ictimai səhiyyə üçün fövqəladə vəziyyət yaratması ilə yekdilliklə razılaşıb". Komitə rejimin uzadılması haqqında tövsiyəsini baş direktor Tedros Adanom Qebreyesusa təqdim edib və ÜST rəhbəri təkliflə razılaşıb. Bununla əlaqədar olaraq "komitə baş direktorun qərarı ilə üç ay ərzində yenidən çağırılacaq", - xəbərdə deyilir.

Xəbər xətti