Rusiya beynəlxalq uçuşları bərpa edir

Avqustun 1-dən Rusiya bir neçə ay qabaq koronavirus pandemiyası səbəbindən dayandırılan beynəlxalq hava əlaqələrini bərpa edir. Trend-in məlumatına görə, bu barədə ölkənin baş naziri Mixail Mişustin xəbər verib. İlkin olaraq beynəlxalq aviadaşımalar Moskva, Sankt-Peterburq və Rostov-na-Donu şəhərlərindən həyata keçiriləcək. Hava əlaqələr bərpa ediləcək ilk üç ölkə Böyük Britaniya, Türkiyə və Tanzaniyadır. Avqustun əvvəlindən rusiyalılar London, Ankara, İstanbul və Zanzibar adasına, 10 avqustdan isə Antalya, Bodrum və Dalamana səfər edə biləcəklər.
Tarix
1 Avqust 2020 [09:12]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-08-01 09:12:49
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin