Ana səhifə
16 Noyabr 2018

Gecə 8 qarşılaşma olacaq

III turun növbəti oyunları keçiriləcək

 

 

Bu gün “Avro-2016”nın seçmə mərhələsində III turun növbəti oyunları keçiriləcək.

 

D, F və İ qruplarında 8 qarşılaşma baş tutacaq.

 

D qrupunda Cəbəllütariq millisi evdə Gürcüstanla, Polşa yığması isə Şotlandiya ilə qarşılaşacaq. Son oyunda səfərdə Polşaya məğlub olan Almaniya millisi evdə İrlandiya ilə üz-üzə gələcək.

 

F qrupunda Finlandiya evdə Rumıniyanı, Farer adaları isə Macarıstanı qəbul edəcək. Qrupun hazırkı lideri Şimali İrlandiya yığması səfərdə Yunanıstanın qonağı olacaq.

 

İ qrupunda isə iki qarşılaşma keçiriləcək. Burada Serbiya öz meydanında Albaniya, Danimarka isə Portuqaliya ilə münasibətlərinə aydınlıq gətirəcək.

 

Qeyd edək ki, gecənin bütün oyunları Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

 

 

14 oktyabr, “Avro-2016”nın seçmə mərhələsi:

 

 

D qrupu

23:45. Cəbəllütariq - Gürcüstan

23:45. Almaniya - İrlandiya

23:45. Polşa - Şotlandiya

 

 

F qrupu

23:45. Finlandiya - Rumıniya

23:45. Yunanıstan - Şimali İrlandiya

23:45. Farer adaları - Macarıstan

 

 

İ qrupu

23:45. Serbiya - Albaniya

23:45. Danimarka - Portuqaliya

Tarix
14 Oktyabr 2014 [10:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin