Azərbaycanda daha 363 nəfər koronavirusa yoluxub

17:14 - 29 İyul 2020 - Xəbər

Azərbaycanda koronavirus infeksiyasına 363 yeni yoluxma faktı qeydə alınıb.

Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.  Bildirilib ki, 622 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış səkkiz nəfər vəfat edib.

Hazırda aktiv xəstə sayı 6288 nəfər təşkil edir.

Xəbər xətti