İranda koronavirusdan sağalanların sayı 260 minə çatır

14:42 - 29 İyul 2020 - DÜNYA

İranda daha 196 nəfər pandemiyanın qurbanı olub.

“Report” IRINN-a istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Sima Sadat Lari bildirib.

Onun sözlərinə görə, son 24 saatda ölkədə 2 636 yeni yoluxma faktı qeydə alınıb.

Beləliklə, İranda qeydə alınmış yoluxma hallarının sayı 298 909-a yüksəlib. Onlardan 16 343 nəfəri ölüb, 259 116 nəfəri sağalıb.

Xəbər xətti