Prezident İlham Əliyev Qobustana gedib- Foto

10:44 - 29 İyul 2020 - Xəbər

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 29-da Qobustan rayonuna səfərə gəlib.

Dövlət başçısı ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

***

Prezident eyni zamanda Qobustanda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxananın açılışında iştirak edib. Dövlət başçısına modul tipli xəstəxanada yaradılan şərait barədə məlumat verilib.

Xəbər xətti