Ağdaşda teplovoz yanıb
22:28 - 28 İyul 2020 - HADİSƏ
Ağdaş rayonunun Yenicə kəndində "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus teplovozun mühərrik hissəsi yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, teplovozun qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.