Bakıda yük maşını velosipedçini vuraraq öldürüb

15:28 - 28 İyul 2020 - HADİSƏ

Bakıda azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Belə ki, velosipedlə yolu keçmək istəyən, 2006-cı il təvəllüdlü Seyidov Elmir Elman oğlunu yük maşını vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı Rayon Polis İdarəsində araşdırma aparılır. ///Apa

Xəbər xətti