Gürcüstanda yanacaq bahalaşıb

17:09 - 28 İyul 2020 - Xəbər

Gürcüstanda son ay yarımda yanacağın qiymətində artım qeydə alınıb.

Bu barədə ölkənin Neft Məhsulları İdxalçıları Birliyindən bildirilib. Adi YDM-lərdə yanacaq orta hesabla 30 tetri, brend YDM-lərdə isə 5-8 tetri bahalaşıb.

Birliyin sədri Vano Mtvralaşvili qiymət artımını dünya bazarlarında neft məhsullarının əhəmiyyətli dərəcədə bahalaşması ilə izah edib. ///report

Xəbər xətti