Abşeronda şirkət direktoru yol qəzasında öldü

11:02 - 28 İyul 2020 - HADİSƏ

Abşeron rayonunun Qobustan kəndi ərazisində “Nissan” markalı minik avtomobili yol kənarına aşıb. 

Hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Onlar sıxılı vəziyyətdə qalan 1 nəfərin meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

APA-nın məlumatına görə, həmin şəxs Zaqatala rayon sakini, 1969-cu il təvəllüdlü Zəkəriyyə Zaxar oğlu Poladovdur. Zəkəriyyə Poladov “Azenko” MMC-nin direktorudur.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti