Azərbaycanda tanınmış jurnalist koronavirusdan vəfat etdi

10:33 - 28 İyul 2020 - Xəbər

İctimai Televiziya və Radio Yayımları Şirkətinin koronavirusa yoluxan böyük redaktoru, tanınmış jurnalist Əmrah Fəqanoğlu vəfat edib.

APA-nın məlumatına görə, o, bu gün həyatını itirib. Faktı TƏBİB-dən təsdiqləyiblər. Bildirilib ki, Ə. Fəqanoğlu bu gün səhər dünyasını dəyişib.

Qeyd edək ki, COVID-19 testinin nəticəsi pozitiv çıxan Əmrah Fəqanoğlu "Yeni klinika”da müalicə olunurdu. 

///Apa

Xəbər xətti