Gəncədə karantin rejimini pozan kafe aşkarlanıb

14:16 - 27 İyul 2020 - Xəbər

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) və onun tabeli orqanlarının  əməkdaşları tədbirləri davam etdirir.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gəncə ŞBPİ əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayon ərazisində gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıb. Obyektin sahibi Arzu Bayramovla yanaşı onun müştəriləri saxlanılaraq Kəpəz Rayon Polis İdarəsinə gətirilib və barələrində qanunamüvafiq tədbir görülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər xətti