Zaur Darabzadə “CinemaPlus”-un Müşahidə Şurasının sədri təyin olundu

13:48 - 27 İyul 2020 - Xəbər

“CinemaPlus” kinoteatrlar şəbəkəsində rəhbərliyində yeni təyinat olub.

Ucnoqta.az xəbər verir ki, “CinemaPlus” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçilərinin ümumi yığıncağının qərarı əsasında Zaur Darabazadə Cəmiyyətin Müşahidə Şurasının sədri seçilib.

Əvvəllər, 2015-ci ildə Zaur Darabzadə Azərbaycanda regionun ilk müasir texnologiyalarla təchiz edilmiş “CinemaPlus” kinoteatrlar şəbəkəsinin baş direktoru vəzifəsinə təyin olunub.

2018-ci ildən “CinemaPlus” kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının üzvü və Biznesin inkişafı departamentinin direktoru idi.

Xəbər xətti