Şəkidə 6 tona yaxın narkotik aşkar olunub

11:25 - 27 İyul 2020 - HADİSƏ

Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Öyrət kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, ümumi çəkisi 5 ton 600 kiloqram olan çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti