Ermənilər Azərbaycan ərazilərində yenidən yanğın törədib

10:24 - 27 İyul 2020 - ÖLKƏ İÇİ

Ermənistan Silahlı Qüvvələri işğal etdiyi Azərbaycan torpaqlarında yenidən yanğın törədib.

Yanğın Ağdamın işğal altındakı Şahbulaq kəndi ərazisində müşahidə olunur.

Yanğının tüstüsü cəbhə xəttinə yaxın yerləşən yaşayış məntəqələrindən görünür.

Qeyd edək ki, işğalçı Ermənistan ordusu nəzarəti altında olan Azərbaycan ərazilərində mütəmadi yanğınlar törədir. ///Apa

Xəbər xətti